Menu

İçərişəhərdəki “Manqal” restoranı yanıb

12.09.2014, 21:41
İçərişəhərdəki “Manqal” restoranı yanıb

İçərişəhərdə fəaliyyət göstərən “Manqal” restoranında qəfildən yanğın başlayıb.

Şahidlərin verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğının qarşısı alınıb.

Yanğın baş verən restoranın içərişəhərdə yerləşməsi böyük təhlükə ehtimalı yaratsa da, FHN-in işçilərinin səyi nəticəsində yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol