Menu

Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib

23.08.2019, 16:55
Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib

Qəbələdə meşə yanır.

APA-nın məlumatına görə, yanğın rayonun Solquca kəndində meşə massivində meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir təyyarəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol