Menu

Kimlərə qarpız yemək olmaz? – Dietoloq məsləhəti

24.08.2019, 09:10
Kimlərə qarpız yemək olmaz? – Dietoloq məsləhəti

Qarpız yemək kimlərə zərər verə bilər?

«Veçernyaya Moskva» nəşri həkim-dietoloqun bu barədə izahını təqdim edib. Dietoloq qeyd edib ki, tərkibində natrium, kalium, kalsium, fosfor, vitaminlər, foli turşusu və beta-karotinin olması səbəbilə, bu qida çox faydalı hesab olunur. O, böyrəklərin süzmə qabiliyyətini yüksəldir. Ancaq böyrək çatışmazlığının xroniki və terminal mərhələsində olanlar üçün qarpız yemək məsləhət deyil.

Mütəxəssis həm də dəqiqləşdirib ki, qarpızı saat 19:00-a qədər yemək daha yaxşı olar, nədən ki, onun tərkibində çoxlu meyvə şəkəri var. Natural şəkər özlüyündə faydalıdır, amma o, gec vədələrdə yeyilərsə, tam həcmdə həzm olunub qurtarmaz. O zaman şəkər orqanizmdə cəmləşər və piylənməyə səbəb olar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol