Menu

FHN AMAY Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

13.09.2014, 14:05
FHN AMAY Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi AMAY Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanmış, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri əriyib. Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyə olunub.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol