Çinin xalq bankı çərşənbə axşamı səhər milli valyuta yuanın dollara nisbətdə məzənnəsini 240 bənd düşürərək 1 dollar üçün 7,0810 yuan həddində müəyyən edib.
“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, 18 mart 2008-ci ildən bu yana ən aşağı həddir.
Qeyd edilir ki, milli valyutanın məzənnəsinin düşürülməsi son ilyarımda Çin və ABŞ arasında davam edən ticarət çəkişməsi fonunda baş verib.
Maliyyə ekspertlərinin fikrincə, Çin hakimiyyəti yuanın məzənnəsini aşağı salmağa davam edəcək.


Şərhlər