Menu

S-400-lərin Rusiyadan Türkiyəyə çatdırılmasının ikinci mərhələsinə başlanılıb

27.08.2019, 14:17
S-400-lərin Rusiyadan Türkiyəyə çatdırılmasının ikinci mərhələsinə başlanılıb

Rusiyadan “S-400” havadan müdafiə sisteminin ikinci batareya və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, batareya və avadanlıqları gətirən Rusiyanın yük təyyarəsi bu gün Ankaraya enib.

Çatdırılmanın bir ay ərzində davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə “S-400” tədarükünün ilk mərhələsinə iyulun 12-də başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol