Geosiyasi dəyişikliklər səbəbindən dünyada Qərbin hegemonluğu dövrü sona çatır.
Bu barədə avqustun 27-də Fransanın prezidenti Emmanuel Makron səfirlərin iclasındakı çıxışında bəyan edib.
Onun sözlərinə görə, şərait dəyişir və bu, yeni güclərin möhkəmlənməsi hesabına baş verir:"Biz dünyada Qərb hegemoniyasının sonunu görürük. Çin ilk sıraya yüksəlib, Rusiya isə öz strategiyasında böyük uğur qazanır".
Fransa Prezidenti qeyd edib ki, dünya nizamı misli görünməmiş böhran yaşayır: "Dünya bazar iqtisadiyyatı böhranı yaşayır. Texnoloji və ekoloji baxımdan böyük sarsıntılar baş verir. Avropa sivilizasiyasına yeni, uzaqgörən strategiya lazımdır".
AzPolitika.info


Şərhlər
Dəfələrlə mən bu baradə şərhlərimdə bildirmişdim, həqiqətəndə dünyadə yeni güclər meydandədir, ona görədə biz xarici siyasətimizi zərgər sənəti qədər dəqiq və məntiqli aparmalıyıq, həqiqətən bu güclər arasında bizim kimi dövlətlər üçün xarici siyasətdə müstəqil hərəkət etmək çətindir ələl xusisəndə Qarabağ prablemində.