Menu

Lənkəranda mağazaya çörək almağa gedən 53 yaşlı qadın itkin düşüb

28.08.2019, 00:52
Lənkəranda mağazaya çörək almağa gedən 53 yaşlı qadın itkin düşüb

Lənkəranda orta yaşlı qadın itkin düşüb.

Trend-in məlumatına görə, hadisə şəhərin Füzuli küçəsi, ev 33-də qeydə alınıb.

Həmin küçədə yaşayan, 1966-cı il təvəllüdlü Ağayeva Gülnarə Məmməd qızı avqustun 25-də mağazaya çörək almaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol