Menu

AQTA-nın “analoqsuz” rayon məntəqəsi - FOTOLAR

28.08.2019, 19:25
AQTA-nın “analoqsuz” rayon məntəqəsi - FOTOLAR

Çadıra 1 milyon xərcləyən qurum 300-500 manatlıq təmirə pul tapmır?

Aşağıda təqdim etdiyimiz fotolar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Oğuz rayonundakı yerli nəzarət məntəqəsinə aiddir. Rayondakı bazarın ərazisində yerləşən məntəqənin qapısındakı lövhədə bu “ofisin” Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun(AQTA-nın tərkibindədir-red.) Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsi olduğu göstərilib.

Ancaq bu otağın elə xarici görünüşünə diqqət yetirəndə görünür ki, buranın yaxından-uzaqdan AQTA-nın bəyabn etdiyi yüksək müasir standarlara söykənən fəaliyyət prinsiplərilə heç bir əlaqəsi yoxdur. Məntəqənin yerləşdiyi ərazi başdan-başa antisanitariya yuvasıdır. Məntəqənin elə birbaşa qapısının ağzında natəmizlik, üfunət hökm sürür. Qapı bağlı, pəncərələri isə kirli olduğundan otağın içərisinə nəzər yetirmək mümkün olmadı. Ancaq elə çölündəki mənzərədən də içinin halını təsəvvür etmək mümkündür.

Buranın vəziyyətinə nəzər yetirəndə əhalinin qida təhlükəsizliyinə, sanitar normalara nəzarət edilməsinə cavabdeh olan quruma aid məntəqənin özünün ətrafında ciddi sanitar tədbirlərin, hətta dizinfeksiya keçirilməsinə ehtiyac olduğu görünür.

AQTA-nın rəsmi saytında göstərilir ki, nəzarət məntəqələrinin tabe olduğu AQTİ “qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparır, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirir, qida təhlüksizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayır”. Ancaq bu məntəqənin həmin qeyd olunanlarla hər hansı əlaqəsinin mövcudluğunu təsəvvür etmək belə mümkün deyil.

Onu da qeyd edək ki, Oğuzdakı nəzarət məntəqəsində adi 300-500 manatlıq təmir işləri aparıb, buranı normal vəziyyətə gətirmək istəməyən AQTA rəhbərliyi təkcə Qurban bayramında heyvan kəsimini həyata keçirmək üçün alınan çadırlara 1 milyon manata yaxın vəsait xərcləyib. Bu məbləğin məlum səbəblərdən şişirdilməsinə dair şübhəli məqamlar mətbuatda kifayət qədər yer alıb.

Eyni zamanda, sözügedən qurumun sədri Qoşqar Təhməzliyə aid olduğu bildirilən “Medeks” MMC-nin AQTA-nın 643 min manatlıq 2 tenderini qazanmasına dair də məlumat verilmişdi. Göründüyü kimi, təkcə bu iki “əməliyyata” 1 milyon dollara yaxın vəsait silən AQTA nədənsə 300-500 manat xərcləyib, Oğuzdakı nəzarət məntəqəsində heç olmasa xırda təmir, rəngləmə, ərazini təmiz saxlamaq kimi işləri görmək istəmir...

“AzPolitika.info”

Şərhlər

EJDER 2019-08-28 19:25:12

HA HA H,ANALOQU OLMAYAN INKIWAFDIR ,AYE,LUKAWENKO CANI.CADIR NE OLDU ,BE QOYUN,QIDA TEHLUKESIZLIYI.O STANDIRT OLANDA NE OLMUWDU KI,HIYYYY.ANALOQU OLMAYAN IDAREETME,YAVAWDIYIFLAR

Elli 2019-08-28 19:25:12

malades

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol