Menu

Çin Honkonqa ordu yeritdi! - «Planlı rotasiya» çərçivəsində...

29.08.2019, 16:23
Çin Honkonqa ordu yeritdi!  - «Planlı rotasiya» çərçivəsində...

Çin dövlət KİV-lərinin bu gün, avqustun 29-da dərc etdiyi materialda hərbçilərin Honkonqa (xüsusi inzibari Syanqan rayonu - burada artıq 3-cü aydır ki, kütləvi etiraz aksiyası səngimir) doğru hərəkəti əks olunub.

«Sinxua» agentliyi Honkonq istiqamətində hərəkət edən zirehli transportyorlar və digər ağır texnikanın əks olunduğu kadrları nümayiş etdirib. Kolon qonşu Şençjen şəhərindən Syanqan rayonuna daxil olub.

Məlumatlara əsasən, Çin Xalq-azadlıq ordusu Honkonq qarnizonunun (NOAK) planlı rotasiyası həyata keçirilib. Bu zaman qeyd olunur ki, NOAK əsgər və zabitlərinə növbəti, sayca 22-ci rotasiya çərçivəsində «Honkonq qanunları öyrədilib və onlar Çin Xalq Respublikasının (ÇXR) suverenliyini qoruyacaqlarına and içiblər».

Çinin digər xüsusi-inzibati rayonu Makaoda dislokasiya olunmuş ordu da cümə axşamı rotasiyanı başa çatdırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol