Bakı Dövlət Universiteti (BDU) Əhəd Həsənovun - Qarabağ müharibəsi əlili, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdikləri, Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənovun oğlunun təhsil haqqını qaytaracaq.
Qarabağ müharibəsinin iştirakçısı və əlilinin oğlu kimi Əhəd Həsənov pulsuz təhsil almaq hüququna malikdir. Amma ali məktəbdə ondan atasının əlilliyini sübut edən sənədlərin olmaması bəhanəsi ilə təhsil haqqı ödəməyi tələb ediblər.
Ailə bu qanunsuzluğu ictimailəşdirmək məcburiyyətində qalıb. Bundan sonra hüquq-mühafizə orqanları Babək Həsənovun axtarış zamanı müsadirə edilmiş veteran vəsiqəsini qaytarıb.
Dünən fakultənin dekan müavini ailəyə zəng edib və bu sənədləri aldıqdan sonra 10 gün ərzində pulun qaytarılacağını bildirib.


Şərhlər
Axtarış aparanlar görəsən muharibə əlilinin vəsiqəsini musadirə etməklə nə demək istəyiblər. Yəni bu vəsiqənin olması faktını qeyri -qanuni hesab edib,əşyayi-dəlil kimi musadirə ediblər.Görəsən onu musadirə edənlərin tayfasında bircə nəfər də muharibə qazisi olubmu, ya bunu zapadlo sayıblar.
Görəsən,niyə hökumətimiz vəzifələrdə olan düşmən ermnəni ilə qan bağı olan məmurlardan deyil,Vətənimizin müdafiəsi üçün canını fəda edənlərdən qorxur?Belə çıxır ki,torpaqlarımızın azad edilməsi haqqında,ancaq sadə insanlar düşünür..