Menu

Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

31.08.2019, 09:07
Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı adlan yaşayış massivində qeydə alınıb.

Belə ki, 28 yaşlı Orxan Məmmədov naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib.

Cinayəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol