Menu

Sumqayıtda yaşayış binasında yanğın həyəcanı

31.08.2019, 12:42
Sumqayıtda yaşayış binasında yanğın həyəcanı

Sumqayıtda yaşayış binasında yanğın olub.Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a bildiriblər ki, hadisə beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı 20 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol