Menu

ABŞ-da 74 yaşlı kişi kilsəyə gələnləri marixuana ilə zəhərləyib

01.09.2019, 12:39
ABŞ-da 74 yaşlı kişi kilsəyə gələnləri marixuana ilə zəhərləyib

ABŞ-ın Bulminqton şəhərində 74 yaşlı kişi “Müqəddəs İoann” katolik kilsəsinə gələn insanlara tərkibində marixuana olan peçenye verib. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər veirr ki, bu barədə “The NZ Herald” nəşri yazıb.

Nəşrin məlumatına görə, kilsəyə gələnələr “peçenyeni yeməyin necə günah olduğunu anlamayıblar”.

Təcili yardım şöbəsinə peçenye səbəbindən 12-70 yaş arasında olan şəxslər yerləşdirilib. Bildirilib ki, hadisəni törədən şəxs könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol