ABŞ sahillərinə yaxınlaşmaqda olan “Dorian” qasırğası şiddətini daha da artırıb və ən yüksək beşinci kateqoriyaya çatıb. Virtualaz.org xəbər verir ki, ABŞ-ın qasırğaları izləyən Milli mərkəzi “Dorian”ın sentyabrın 1-nə olan məlumata görə Florida ştatının Vest-Palm-Biç şəhərindən 360 kilometr şərqdə yerləşirdi.
Mütəxəssislər qasırğanın fəlakətli adlandırıblar, qasırğanın mərkəzində küləyin sürəti saatda 257 kilometrə çatır. Gözlənilirdi ki, tezliklə təbii fəlakət Baham arxipelaqının Abako adasını ağuşuna alacaq. Bundan sonra “Dorian” şimal-şərqə doğru yön dəyişə və ABŞ-ın cənub-şərq sahillərini vura bilər.
Gözlənilir ki, “Dorian” sentyabrın 2-də axşam saatlarında Florida sahillərinə çatacaq. Meteoroloqlar insanların həyatı üçün təhlükəli dalğaların meydana gələcəyini, şiddətli küləklə müşaiyət olunan leysan yağacağını bildirir.


Şərhlər