«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Roma-katolik kilsəsinin başçısı Fransisk Vatikanda cərəyanı kəsilmiş liftdə qalıb. Yanğınsöndürənlər yalnız 25 dəqiqədən sonra qapını aça və onu liftin kabinəsından çıxara biliblər. Bu barədə papanın özü danışıb («BBC News»).
Pontifikin təbəssümlə danışdığı bu hadisəyə görə, onun Müqəddəs Pyotr meydanında dindarlar qaşısındakı çıxışı da ləngiyib.
Fransisk katoliklərdən xahiş edib ki, «xilaskar»ları alqışlara «qonaq» etsinlər.
Biz, hər gün liftdə qalırıq və hər dəfə də harasa gecikirik. Nə yazıq ki, bizim halımızdan yazan yoxdur...
AzPolitika.info


Şərhlər