Menu

Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 45 müraciət daxil olub

02.09.2019, 12:07
Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 45 müraciət daxil olub

Bu ilin avqust ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub.

AQTA-dan "Report"a verilən məlumata görə, daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-i isə digər xarakterli müraciətlər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol