Menu

"Qalatasaray" heyətinə iki legioner futbolçu cəlb edib, hücumçusunu icarəyə verib

02.09.2019, 14:33
"Qalatasaray" heyətinə iki legioner futbolçu cəlb edib, hücumçusunu icarəyə verib

Türkiyənin "Qalatasaray" klubu iki yeni futbolçu transfer edib.

"Report" klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Sautgempton"undan Mario Leminanı heyətinə qatıb. 26 yaşlı qabonlu yarımmüdafiəçi 1 illik icarəyə götürülüb.

Son ölkə çempionu İngiltərənin "Brayton" klubundan isə rumıniyalı hücumçu Florin Andoneni transfer edib.

"Sarı-qırmızılar" həmçinin hücumçu Mbaye Diaqneni eyni müddətə Belçikanın "Brügge" klubuna icarəyə verib.

Qeyd edək ki, Lemina karyerası ərzində Fransanın "Loryen", "Marsel" və İtaliyanın "Yuventus" klubunun formasını geyinib.

Şərhlər

vuqar 2019-09-02 14:33:44

Ela oyunculardi turkiye cempionatinin seviyyesine gore deyirem Andone Lemina seviyyeli oyunculardi Diagnenide cox duzgun edib gonderibler arendaya.Indi bala-bala hamisini ..qaz kimi.. yolub buraxacagiq gedecekler islerinin dalinca komandalari esasda FENERI.HAYDI CIM-BOM! IRELI! GELECEK ZEFERLER NAMINE!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol