Menu

"Qarabağ" yeni transferini açıqlayıb

02.09.2019, 20:20
"Qarabağ" yeni transferini açıqlayıb

"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi "Facebook" səhifəsinə istinadla xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə qatıb. 32 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Bosniya və Herseqovina mətbuatı Beqoviçin icarə əsasında 6 ay "Qarabağ"ın formasını geyinəcəyini yazıb.

Qeyd edək ki, Asmir Beqoviç karyerası ərzində İngiltərənin "Çelsi" və "Stok siti" klublarında çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol