Menu

Çində məktəbə hücum nəticəsində səkkiz uşaq ölüb

03.09.2019, 10:54
Çində məktəbə hücum nəticəsində səkkiz uşaq ölüb

Çində biçaqla silahlanmış şəxsin hücumuna məruz qalmış səkkiz uşaq aldığı xəsarətlərən xəstəxanada vəfat edib.

APA-nın məlumatına görə, hadisə sentyabrın 2-də Hubey vilayətinin Bayyanpin şəhərində qeydə alınıb.

Bilik gününü qeyd edən şagirdlərə qəflətən hücum edən şəxs onları bıçaqlamağa başlayıb. Polis uşaqlara hücum edən 40 yaşlı Yu adlı Çin vətəndaşını həbs edib.

Məlum olub ki, uşaqlara hücum edən Yu əvvəllər də “qətlə cəhd” ittihamı ilə həbs edilib.

Cinayətkarın bıçaq zərbələrinə hədəf olan daha iki uşaq hazırda Enşi şəhərində həkim nəzarətində saxlanılır. Onların vəziyyəti ağır qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol