“Qarabağ qaziləri” birliyinin üzvləri bu gün Bakıda bir araya gəliblər. Onlar Şəhidlər xiyabanını, Türk şəhidliyini ziyarət ediblər.
Birliyin sədri Etimad Əsədov çıxış edərək 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən danışıb, şəhidlərin ruhuna dualar oxunub.
Ziyarətin ardınca Qarabağ qaziləri öz mərkəzi ofislərində təşkilatın illik ümumi yığıncağını keçiriblər. Yığıncaqda “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov hesabatla çıxış edib. Etimad Əsədov yenidən birliyin sədri seçilib.
Xəbəri “Qarabağ qaziləri” birliyinin mətbuat xidməti yayıb. /mediaforum



Şərhlər