Menu

Artur Rəsizadənin atasının Krımdakı məzarı axtarılır

15.09.2014, 13:22
Artur Rəsizadənin atasının Krımdakı məzarı axtarılır

Azərbaycanın baş naziri Artur Rəsizadənin atasının Krımdakı məzarının axtarışlarına başlanıb.

Bunu vesti.az-a Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümmətov deyib.

R.Hümmətovun sözlərinə görə, kiçik leytenant Tahir Məmməd oğlu Rəsizadə Krım cəbhəsində döyüşüb, bölük (rota) komandiri olub. O, 1942-ci ilin fevralında gedən şiddətli döyüşlər zamanı itkin düşüb: “Həmin döyüşlər zamanı sovet ordusunun 89 min döyüşçüsü həlak olub, çoxu əsir düşüb. Yerli sakinlər döyüşlərdən sonra meyitləri alman komandanlığının əmri ilə xəndəklərdə kütləvi şəkildə dəfn edib. Kütləvi məzarlıqlar Kirov rayonunun Vladislavovka və Novomixaylovka kəndlərinin ərazisindədir. O zamankı mürəkkəb vəziyyət əksər döyüşçülərin taleyinin necə olduğunu dəqiqləşdirməyə imkan vermir. Onların çoxu hələ də itkin düşmüş sayılır. Frontovoye su anbarının yaxınlığında minlərlə sovet əsgər və zabiti dəfn olunub, amma onların heç birinin adı dəqiqləşdirilməyib

Təəssüf ki, bizim döyüşlərdə qəhrəmanlıqla həlak olan Tahir Rəsizadənin məzarının axtarışına kömək etmək xahişinin müqabilində göstərdiyimiz səylər hələlik nəticəsiz qalıb. Amma ümid edirik ki, Tahir Rəsizadənin məzarının yeri gec-tez bilinəcək”.  /virtualaz.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol