Menu

Bakıda küçədən kişi meyiti tapılıb

04.09.2019, 11:01
Bakıda küçədən kişi meyiti tapılıb

Bakıda küçədən meyit tapılıb.

APA-nın məlumatına görə, Qaradağ rayonu ərazisində kimliyi bilinməyən kişi cəsədi aşkar edilib. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində meyitin 1961-ci il təvəllüdlü Yusifov Aydın David oğluna məxsus olduğu bilinib.

Meyitin ilkin müayinəsi zamanı A.Yusifovun ürəktutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol