«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistan Rusiya ilə 14,5 milyard dollarlıq silah və hərbi texnikanın tədarükü barədə kontrakt imzalayıb. Bu barədə Federal hərbi-texniki əməkdaşlıq xidmətinin başçısı Dmitri Şuqayev xəbər verib.
«Bu, çox əhəmiyyətli rəqəmdir və gerçəkdən, irəliyə doğru sürətli addımdır. Bu sənəd hindistanlı həmkarlarımızla, bu mövzuda müəssisələrimiz arasında qarşılıqlı fəaliyyətin əsasını və prinsiplərini təşkil edir» - Şuqayev jurnalistlərə bildirib.
Hazırda daşınan «İqla-S» zenit-raket kompleksinin tədarükü və istehsalının lisenziyalaşdırılması üzrə danışıqlar davam edir. Bundan başqa, bu gün tərəflər Hindistanda Rusiya hərbi texnikası üçün ehtiyat hissələrinin və silahlarının istehsalı barədə saziş imzalayıblar.
Şuqayev qeyd edib ki, ötən il ABŞ-ın güclü pressinqinə baxmayaraq, Hindistan Rusiyadan S-400 ZRK, 11356 freqatları və «hərbi-hava, hərbi-dəniz və quru qüvvələri üçün böyük partiyada sursat» sifariş edib.
Bundan əvvəl Vladimir Putin xəbər verib ki, Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra, onlar ticarət-investisiya, sənaye, hərbi-texniki, təhsil və mədəniyyət istiqamətləri üzrə əhəmiyyətli ikitərəfli sənədlər paktini razılaşdırıblar.
Bundan başqa, Modi və Putin beynəlxalq terrorçuluqla mübarizəni, Yaxın Şərqdəki, Şimali Afrikadakı və Əfqanıstandakı situasiyanı, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
“AzPolitika”


Şərhlər