Menu

Bakıda məktəb ləğv edildi

15.09.2014, 15:00
Bakıda məktəb ləğv edildi

Bu il Azərbaycanda da rasionallaşdırma tədbirləri nəticəsində ləğv olunan və digər məktəblərlə birləşdirilən təhsil müəssisələrinin sayı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirib ki, rasionallaşdırma tədbirləri çərçivəsində Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən, Bakı şəhərindəki 189 və 190 nömrəli, 5 və 292 nömrəli tam orta məktəblər birləşdirilib, 88 nömrəli tam orta məktəb isə ləğv olunub.

Respublikanın digər şəhər və rayonlarında rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılmaqdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol