Menu

Livanın səfiri Türkiyə XİN-ə çağırıldı

06.09.2019, 11:43
Livanın səfiri Türkiyə XİN-ə çağırıldı

Livanın Ankaradakı səfiri Həssən Müəllim Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Trend-in məlumatına görə, buna səbəb isə bir qrup şəxsin Beyrutda Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsi olub. Aksiya iştirakçıları Türkiyəni "terror ölkəsi" adlandırıblar.

Aksiya zamanı, həmçinin Türkiyənin dövlət bayrağının da yandırıldığı qeyd edilir.

Türkiyə XİN Livan səfirinə iradlarını çatdıraraq belə təxribatçı aksiyalara son qoyulmasını və Beyrutdakı səfirliyin təhlükəsizliyinin təmin edilməsini tələb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol