Menu

Fatih Terim 4 oyunluq cəzalandı

06.09.2019, 19:01
Fatih Terim 4 oyunluq cəzalandı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi 4 oyunluq cəzalandırıb.

Trend-in məlumatına görə, onun ölkə çempionatının 3-cü turunda “Kayserispor”la matçdan sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün bu cəza tətbiq olunub.

Beləliklə, 66 yaşlı mütəxəssis Superliqada “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbaxça” və “Gənclərbirliyi” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək. Bundan başqa, F.Terim 19 min türk lirəsi məbləğində cərimələnib.

“Qalatasaray”ın məşqçisi Ümit Davala da rəqib komandanın azarkeşlərini təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb, 19 min 500 türk lirəsi məbləğində cərimələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol