Menu

Abşeronda kişi dənizdə boğulub

07.09.2019, 12:56
Abşeronda kişi dənizdə boğulub

Abşeronda 35 yaşlı kişi dənizdə boğulub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol