Menu

"Təxribatla məşğul olmayın, Siyavuş Novruzov mənim dostumdur" — Ziya Məmmədov

07.09.2019, 16:00
"Təxribatla məşğul olmayın, Siyavuş Novruzov mənim dostumdur"  — Ziya Məmmədov

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və istefaya göndərilmiş şəxslərin ünvanına sərt ittihamlar səsləndirib.

Millət vəkili sabiqləri mövqesizlik nümayiş etdirməkdə suçlayıb.

Sfera.az saytı səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb.

Sabiq nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: "Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək onları xaricdə hakimiyyət əleyhinə fəaliyyət göstərən mühacirləri maliyyələşdirməkdə də ittiham edib.

Bundan əvvəl isə sabiq təhsil naziri Misir Mərdanov Siyavuş Novruzovun ittihamlarının ona aidiyyəti olmadığını demişdi. Ziya Məmmədov "mənə aid deyil" deyən ikinci sabiq nazir oldu.

Elə isə maraqlıdır, "altına milyardlar yığıb", indi mövqesizlik göstərən sabiq nazirlər hansılardır?

"AzPolitika"

Şərhlər

Ziya-ya 2019-09-07 16:00:04

Dostunu göstər,sənin kim olduğunu deyim-atalar sözü lap yerinə düşür.

Vasif 2019-09-07 16:00:04

Hansı təxribatdan danışırsan.Siyavuşda belə məlumat var yoxu bilmirəm.Amma lap düz deyir.Prezidentin səhhəti ilə baglı son xəbərləri ən çox tirajlayan sənin qohum əqrəban deyildi mi? Hamısı da vəzfələrdə.Ucarda, Qazıqumlaxda sənin qohumların dirşəlmişdi, bayram edirdi.İHB Mənsur da baxıb qımışırdı.Elə bunlara görə də insanlar bu xəbərə inanırdı.İndi soxulublar deşiyə.Siyavuş səni deyirsə LAP DÜZ DEYİR.Siyavuş sənin dostundursa onda elə o da bu hakimiyyətə xaindir.Amma səhv ya duz,Siyavuş bacardıqca vuruşur.

NURəddin 2019-09-07 16:00:04

“Altına milyardlar yığıb” ifadəsi cinayətin təsdiqi demək deyilmi? Bunu da müxalifət demir ha.Elə isə buyurun araşdırın.

EJDER 2019-09-07 16:00:04

AYE,FILLERDE MENIM DOSTUMDU ,AYE.O MILYARDLARI YEYENE MOLOTOV KOTLETI ...NEJEDE AYE...,INDI YABAWLIYIBLAR,VAXT VARDI AYI KIMI INKIWAF EDIRDILER.MALADES,HA HA HA

Ahmad 2019-09-07 16:00:04

Gopa basma.Ola bilsin ki, dogurdan da sən nazir olanda çoxları kimi Siyavuş da səninlə dost olub.Amma Əli Əhmədovu, Baharı, Mübarizı deyə bilmərəm-onlardan nə desən gözləmək olar, Siyavuş elə adamdır ki, nə danışsa da həmişə var gücü və qandıgı qədər YAP-a sədaqətlidir.Bircə dənə fakt deyin ki bu nə vaxtsa mübarizədən cəkinib?.Bunun nəyi var ortadadır.Bahara baxın, səsi yaz gələdən gələnə çıxır.Mübariz tamam qaranlıga çəkilib ..Ziya, Siyavuş DOSTUN DEYİL.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol