Menu

Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq

09.09.2019, 10:57
Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq

Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.

Yaranmış narahatçılığa görə "Azərişıq" istehlakçılardan üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol