Menu

Gəncədə İstintaq Təcridxanasında intihara cəhd olub

09.09.2019, 15:44
Gəncədə İstintaq Təcridxanasında intihara cəhd olub

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olub.

APA-nın yerli bürosunun məlumatına görə, orada saxlanılan Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Dursunov Sahib Elşən oğlu bizlə qarın nahiyəsinə bir neçə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol