“”AZƏRİŞIQ” KASIB VƏTƏNDAŞLARI SOYUR...” - “200 manat real dəyəri olan işə görə 1873 manat tələb edirlər”
Bir neçə Ucar sakini “Azərişıq” ASC-nin fəaliyyətindən narazıdır. “AzPolitika.info”ya müraciət edən Ucar rayonu Boyat və Qaracallı kənd sakinləri bildirirlər ki, sözügedən qurum onların evlərinə elektrik xətlərinin çəkilməsi üçün fantastik məbləğlər tələb edir.
Şikayətçilər iddia edirlər ki, “Azərişıq” ASC-nin yerli idarəsi elektrik xətlərinin çəkilməsi işlərinin dəyərini şişirdərək, real bazar qiymətlərindən 10 dəfələrlə artıq smeta qiymətləri çıxarır. Bu isə kasıb əhalinin onsuz da ağır olan durumunu bir qədər də çətinləşdirir və nəticə etibarilə həmin məbləği ödəmək iqtidarında olmayan ailələri qaranlıqda qoyur.
230 manatlıq işə 2800 manat...
Ucar rayonu Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu da yeni inşa etdirdiyi mənzilinə “Azərişıq” ASC-nin tələb etdiyi fantastik məbləğə görə köçə bilmədiyini yazır: “Buna görə himayəmdə olan 3 azyaşlı uşağın rahatlığı pozulub. Yeni mənzilimizə köçüb yaşaya bilməməyimizin səbəbi isə elektrik xəttinin çəkilməsi üçün bizdən maya dəyərindən 10 dəfə artıq pul tələb olunmasıdır. Bakıda bazarda araba sürüb topladığım qəpik-quruşla kasıb formada bir mənzil inşa etdirdim ki, atama məxsus 13 nəfərin yaşadığı darısqal evdən çıxıb həmin mənzilə köçüm. Ancaq evimə elektrik xəttinin çəkilməsi üçün məndən 1873 manat 43 qəpik pul tələb olundu. Mövcud elektrik xəttindən evimə qədər olan məsafə 130 metr təşkil edir ki, buna görə 2 elektrik dirəyi və 130 metr kabel lazım olacaq. Bunların isə bazar qiyməti ümumilikdə 150 manat təşkil edir. Texniki işləri görən ustaların zəhmət haqqını da 50 manat hesablasaq, cəmi 200 manat edir. Belə olan halda 130 metr məsafədən evimə elektrik xəttinin çəkilməsinə görə məndən 1873 manat 43 qəpik istənilməsi açıq-aşkar qanunsuzluqdur. “Azərişıq” ASC öz əməllərini sığortalamaq üçün bu sənədin ASAN tərəfindən tərtib edildiyini bildirir. Lakin həmin smetanı onlar özləri tərtib edərək, ASAN-a göndərirlər...”
Sonda şikayətçilər mətbuat vasitəsilə ölkə başçısına və Mehriban xanım Əliyevaya müraciət edərək, bu qanunsuzluğa son qoyulmasını və evlərinə normal, reallığa uyğun qiymətlə elektrik xəttinin çəkilməsinin təmin olunmasını xahiş edirlər.
“AzPolitika.info” sakinlərin ittihamları ilə bağlı “Azərişıq” ASC-nin də mövqeyini dərc etməyə hazırdır.
Tahir
AzPolitika.info
Şərhlər
Sahibkaram serf etmediyim halda saxta(4000)manat borc yazilib uzerime işsiz qlmisam.
Sahibkaram serf etmediyim halda saxta(4000)manat borc yazilib uzerime işsiz qlmisam.
Vallahi bu ölkədə sahibkar olaq dəhşətdi.40kv texniki şərtə 12200.0manat ödənildi, 890 azn cəkilmə ücün lazım olan mal və material idi.Qalan pulu nə ücün aldılar bilmirsən.Gətirib bir sayğac qoyub getdilər 3 vərəq də kağız vəssalam.Budurmu Sahibkara dəstək?
bu gun azerishiq azerbaycanin en cirkli rushvetxor korrupsiyaci teshkilatidir,ora ya gomrukcu sefer yada vergici mikayil getmelidir
Texniki şert Adi ile talançiliq edirler. Texniki serte Alinan milyonlar esil rüşfetdi
Azərİşıqda heç bir gunah yoxdur. Bir imza və təsdiq uçun bir dəqiqədə fantastik qiymət tələb edən Asan xidmət,təbii ki uzaq məsafədən çəkilən işıga da elə qiymətlər tələb edəcək.Asan xidmət ruşvətin asanlaşdırması uçundur.
Qôresen bunun axri nolacaq ))))))))