Menu

Bakıda bir həftə əvvəl vəfat edən şəxsin meyiti eksqumasiya edilib

10.09.2019, 10:56
Bakıda bir həftə əvvəl vəfat edən şəxsin meyiti eksqumasiya edilib

Bakıda bir həftə əvvəl ölmüş şəxsin meyiti qəbirdən çıxarılıb.

APA-nın məlumatına görə, Qaradağ rayon sakini, 1954-cü il təvəllüdlü Hacıyev Mirsahib Mirağa oğlu 7 gün əvvəl vəfat edib. Mərhumun yaxınları M. Hacıyevin ölümündə cinayət motivlərinin olmasından şübhələnərək ekspertizaya müraciət edib.

Yaxınlarının müraciəti əsasında sentyabrın 9-da M. Hacıyevin məzarı açılıb, meyit eksqumasiya olunub.

Müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Ölümün dəqiq səbəbləri ekspertizanın verdiyi yekun rəydə məlum olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol