DƏYİRMİ MASADA GƏRGİNLİK... - "Buyurun, bu da sizin yeni müxalifətiniz"
“Heç bir dövlətə, beynəlxalq təşkilata dövlətin işinə qarışmaq səlahiyyəti verilməyib”. AzPolitika.info musavat.com-a istinadən xəbər verir ki, bu sözləri "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada baş nazirin müavini Əli Əhmədov bildirib.
Ə.Əhmədov eyni zamanda dedi ki, hazırda burda dedi-qodu ilə məşğul olmaq doğru deyil: “Bütün məsələləri müzakirə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Qəlbimizdə olan bütün məsələləri bura tökmək istəyiriksə, bu, başqa məsələdir. 90-cı illəri hamımız xatırlayırıq. Bu günkü Azərbaycanla o günkü Azərbaycanı müqayisə etmək, bugünkü Azərbaycanı tənqid atəşinə tutmaq doğru deyil. 30 il əvvəlki Azərbaycan indiki kimi idi? Neft pullarının xərclənməsi deyirsiz. Bakının gözəlləşməsi, ölkənin inkişafı üçün sərf edilən vəsaitlər var”.
"Tədbirə iştirakçıları dəvət edəndə ayrı-seçkilik salınmamalıdır”. Bu sözləri bu gün Park İNN otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada AXP sədri Pənah Hüseyn deyib.
P.Hüseyn bildirdi ki, daha öncə köklü islahatlarla dəyişikliyə layihəsi hazırlayarkən YAP rəsmilərini, Əli Əhmədovu, Siyavuş Novruzovu, Aydın Mirzəzadəni dəvət ediblər: “Əvəzində sıfır reaksya adıq. Təklif etdik YAP qərargahına gəlib, müzairə edib, araşdıraq. Etinasızlıq göstərildi. Nəticəsi onların apardığı siyasəin zərərinə oldu. Azad sözü onların üzünə bağlayacaqsız? Onlar da bir vasitə tapacaqlar. Qapıları alternativ fikirlərin üzünə açmaq lazımdır. Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməlidir. Bunlar siyasi islahatlarla dərinləşdiriməsi, heç bir effetk verilməyəcək”.
AXP sədri sonda YAP rəhbərliyinə müraciət etdi: “Öz aranızda birlik yaradın. Şayiələr gəzir ki, PA-da bu tədbirdən xəbərləri yoxdur. Bu məsələdə qayda-qanun yaradılsın. Əgər həqiqi, dərin, sosial, iqtisadi islahatlar olacaqsa, buna qarşı çıxanlar olacaqsa, biz bu islahatları həyata keçirənlərin yanında olacağıq. Əli Kərimlini parlamentdə söyüb təhqir edəndə deputatlar qarşı çıxsaydı, ona qarşı səs çıxarılsaydı, bunlar davam etməzdi”.
AzPolitika.info
Şərhlər
SÖYÜŞ RİTORİKASININ TƏMƏLİNİ MİLLİ NƏCLİSDƏ MÜSTƏQİL AKADEMİKİMİZ QOYDU- ÖZÜ DƏ ÇOX HAQLI ŞƏKİLDƏ ! ALLAH ONA RƏHMƏT ELƏSİN!
Bu dəyirmi masa xalqa hava-su kimi lazımdır.Yaranmış vəziyyəti soyuq başla müzakirə edib nəticə çıxarmaq lazımdı. Ultimatum heç kimə xeyr verməz.Qarabağın azad edilməsinin,büdcədən oğurlanan pulların qaytarılması,yerli bazlığın aradan qaldırma yolların tapmaq üçün, idarəçilikdə kadırarı savad və bacarığa görə seçilməsi müzakirə edilməlidir.Qaldı söyüşə onun bünövrəsi M M qoyulüb.Söyüş həriki halda yol verilməzdir.Xalqa güvənmək lazımdır,oğru məmurları köməyə çağırmaq yox.Onlar büdcə oğrusudu sizə nə edə
Bu son zamanlar yaman el-ayaga dushub.....
əli əhmədov hec özüdə bilmir nə deyir !! əğər sən beləsənsə niyə ermənilərə demirsən ay diqa cix azərbaycan torpaqindan .....?
"Heç bir Dövlətə, Beynəlxalq təşkilata (hansısa) dövlətin daxili işinə qarışmaq səlahiyyəti verilməyib"! Ha zırda Artsax adlanan Azərbaycanın DQMVi Ermənistan hərbi qüvvələri ilə DQMV və ətraf rayonlarını azərbaycanlılara qarşı siyasi-hərbi genosidlə işğal edib və BMT TŞnın operativ həll qətnaməsinə zidd hərbi əsarətdə saxlamaqdadır. Özümüzü müstəqil dövlət sayırıqsa hamımız bunu müzakirə edib, bu ərazimizdə də səlahiyyətimizi operativ qaydada bərpa etməliyik.
Qarabağ və ətraf yeddi rayon mütləq alınmalıdır.Həmrəylik onda yaranacaq
AYE BU ... OZU OZUNU TEKZIB EDIR,OTUZ ILDI QARABAQI VERF,QARTARA BILMIRSINIZ.
Milyardlari quldurluq yoluyla menimsemiw nazir niye indiye kimi heps olunmayib.Ona gore insanlarda inam qalmayib dovlete,mehkemeye.Bu bele davam ede bilmez.
Bunları narahat edən əsas söyüşlərdi .Yəqin övladları və cəmiyyət qarşısında xəcalət çəkməyə başlayıblar.Əhəd Abıyevi,Hüseynbala Mirələmovu Hafiz Hacıyevi ekranlara cıxardıb siyasətə söyüş mədəniyyətini sizler getirdiniz.Bəzi siyasətçilər çürük bir mübarizə formasına əl atdılar nəticəsi də o oldu ki ,səsi hec yerə catmayanlar söyüş ritorikasina kecdiler.Siyasətdə söyüş ritorikasını yığışdırmaq lazımdır.Ay bədbəxtlər siz cənfəşanlıq etdiz boşbaöğazlıqla məşğul olduz onlar isə özlərinə biznes qurdular.