Azərbaycan son 12 ildə qaz ixracını 5,2 dəfə artırıb. Bu barədə "APA-Economics" SOCAR-a istinadən xəbər verir.
Məlumata əsasən, əgər 2007-ci ildə Azərbaycan 1,82 mlrd. kubmetr qaz ixrac edibsə, 2018-ci ildə bu göstərici 9,44 mlrd. kubmetr təşkil edib.
Qeyd edək ki, qaz ixracının artması ölkədə “mavi yanacağ”ın hasilatının artması ilə bağlıdır.


Şərhlər
SSRİ dövrü ilə müqayisə verilsəydi yüz dəfələrlə fərq olardı. Hər iş və məhsul üzrə inkişaf yalnız keçən ilin müvafiq mövsümünə nisbətən dəyərləndirilə bilər. Vəzifə sahibləri də öz yeni müddəti üzrə ötən il üzrə və ya son zamaana hesabat verməlidirlər ki, "gələcək görünsün"!