Menu

Diyarbəkrdəki partlayışla bağlı iki vəzifəli şəxs saxlanılıb

13.09.2019, 12:04
Diyarbəkrdəki partlayışla bağlı iki vəzifəli şəxs saxlanılıb

Türkiyənin Diyarbəkir vilayətində 7 nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsi ilə bağlı 2 nəfər vəzifəli şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, vilayətin Kulp rayonunda törədilən partlayışla əlaqədar saxlanılan şəxslər Xalqların Demokrat Partiyasının (HDP) rayon təşkilatının sədri və rayon bələdiyyəsinin şöbə müdirləridir. Hadisədə iştirakda şübhəli bilinən daha iki nəfərin axtarışı isə davam edir. Həmin şəxslərin partlayışda az əvvəl hadisə yerində olduğu bildirilib.

Qeyd edək ki, Diyarbəkirdə fəhlələri daşıyan mikroavtobusun partladılması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol