Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin sentyabrın sonlarında Azərbaycana səfər edəcək.
"Report"un Rusiya bürosunun məlumatına görə, M.Oreşkin sentyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan və Rusiya arasındakı İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak edəcək.
Xatırladaq ki, M.Oreşkin Rusiya tərəfdən bu komissiyanın həmsədridir. Azərbaycan tərəfdən isə həmsədr İqtisadiyyat naziri Şahin Mustafayevdir.
Komissiyanın iclasında tərəflərin ticari-iqtisadi, o cümlədən mal dövriyyəsinin artırılması, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın inkişafı, regionlararası əməkdaşlıq, habelə əqli mülkiyyət, bankçılıq, kənd təsərrüfatı, sənaye, yanacaq-energetika, humanitar, mədəniyyət, turizm və təhsil sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.


Şərhlər
ermənipərtəst və qatı şovnist olan Duginin dediyi kimi deyil,Rusiya indi daha çox Azərbaycanın sərvətlərinə göz yetirir.Düşdüyü sanksiyalar Rusiyanı büdrətdikcə,keçmiş müstəmləkələri yenidən həm işğal ,həm də talan etmək arzusu ilə çırpınır..