Menu

Tanışlarının pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs azadlığa buraxılıb

13.09.2019, 17:23
Tanışlarının pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Səbuhi Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Əliyev 3 nəfərə qarşı külli miqdarda dələduzluq edib. O, valyuta dəyişmə məntəqəsində işləyən zaman həmin şəxslərdən dollar alqı-satqısı adı ilə pul alıb. Daha sonra həmin pulları mərc oyunlarında uduzub.

Zərərçəkənlərin şikayəti əsasında həbs edilən S.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol