Menu

Hesablama Palatası iki mərkəzi icra hakimiyyəti qurumunu yoxlayıb

13.09.2019, 19:32
Hesablama Palatası iki mərkəzi icra hakimiyyəti qurumunu yoxlayıb

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.“Report” quruma istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

- Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil tikintisinə yönəldilən vəsaitlərdən istifadənə dair;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və axtarış işlərinə yönəldilmiş vəsaitlərdən istifadəsinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol