Menu

Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

14.09.2019, 00:16
Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında azyaşlı oğlan uşağı ölüb.

Oxu.az-ın məlumatına görə, Yevlax rayonunun Xaldan qəsəbə sakini, 6 yaşlı Dəniz İsmayılov yıxılaraq ağır xəsarət alıb.

D.İsmayılov yaxınları tərəfindən təcilli olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol