Menu

Göygöldə ana və azyaşlı övladı qəzada xəsarət alıb

14.09.2019, 17:21
Göygöldə ana və azyaşlı övladı qəzada xəsarət alıb

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumata görə, şəhərdə “VAZ” markalı iki avtomobil toqquşub. Nəticədə rayon sakini, 1996-cı il təvəllüdlü Bağırova Ulduz və onun 5 yaşlı övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol