Menu

Kanadada atışma - 1 nəfər ölüb, 5 nəfər yaralanıb

15.09.2019, 13:36
Kanadada atışma - 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Kanadanın Mississoqa şəhərində naməlum şəxslər insanlara silahlı hücum ediblər.Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə sentyabrın 14-də axşam saatlarında baş verib.

Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar arasında qadın və 2 yeniyetmə var.

Polis araşdırmalara başlayıb. Şəhər silahlıların tutulması üçün mühasirəyə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol