Menu

Bakıda 2 avtomobil toqquşub, 3 nəfər yaralanıb

16.09.2019, 23:53
Bakıda 2 avtomobil toqquşub, 3 nəfər yaralanıb

Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, 1975-ci il təvəllüdlü Mirzəyev Mədəd Mirhəmid oğlu taksi fəaliyyəti göstərdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Məhəmmədi kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "SHACMAN " markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində "VAZ 2106"-nın sürücüsü M.Mirzəyev və sərnişinlər - 28 yaşlı Məmmədov Elgün Əliyar oğlu və 1974-cü il təvəllüdlü Əlizadə Lalə Eldar qızı xəsarət alıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol