Krımda Beloqor Regional Məclisinin sədri Mustafa Asabanın evində Federal Təhlükəsizlik Xidməti (FSB) yoxlama aparıb.
Axar.az Politnavigator.net saytına istinadən xəbər verir ki, FSB əməkdaşları onun evinə saat 06:45-da gəliblər. Axtarışın səbəbi kimi mayın 3-də Armyanskda məclis tərəfdarlarının Mustafa Cəmilovu qarşılaması göstərilir. Asabanın evindən axtarış nəticəsində qeyri-leqal beş broşur tapılıb.


Şərhlər