Menu

Azərbaycan ət idxalını artırıb

17.09.2019, 13:09
Azərbaycan ət idxalını artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 50 138,31 min ABŞ dolları dəyərində 33 210,72 ton ət idxal edilib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında ölkəyə idxal olunan ətin dəyəri 6 477,64 min dollar və ya 14,8%, həcmi isə 3 024,56 ton və ya 10% artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ətin ümumi idxaldakı payı 0,53% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol