Menu

"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb

18.09.2019, 19:14
"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb

Sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"-"Sevilya" oyunu üçün satışa çıxarılan biletlərin 90 faizdən artığı satılıb.

Bu barədə Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda satışda 1000-ə yaxın bilet qalıb: "30 mindən artıq bilet satılıb, satılmamış 800-1000 bilet qalıb. Həmin biletlər də yaxın vaxtlarda yəqin ki satılacaq. Bilet satışı davam edir".

Xatırladaq ki, sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol