Menu

"S-400"ün Türkiyədə istifadəyə başlayacağı müddət açıqlanıb

20.09.2019, 13:29
"S-400"ün Türkiyədə istifadəyə başlayacağı müddət açıqlanıb

Cari ilin dekabrında Türkiyədə ilk “S-400” zenit-raket kompleksi fəaliyyətə başlayacaq.

“Report” “Hurriyet”ə istinadla xəbər verir ki, bunu Türkiyənin hərbi sənaye naziri İsmail Demir bildirib.

“S-400” raket-müdafiə sisteminin quraşdırılması dekabrda başa çatacaq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 15-də Türkiyənin Müdafiə Nazirliyi “S-400”ün tədarükünün ikinci mərhələsinin başa çatdığını bildirb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol