Menu

Ermənistan hərbi parad keçirməyə pul tapmadı

17.09.2014, 13:25
Ermənistan hərbi parad keçirməyə pul tapmadı

Ermənistan Müdafiə Nazirliyi ölkənin müstəqillik günü ilə əlaqədar hərbi parad keçirməkdən imtina edib. Azvsion.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanisyana istinadən xəbər verirb.

“Hər il hərbi parad keçirmək lazım deyil. Parad yubiley tarixlərində keçirilməlidir” – deyə, Ovanisyan bildirib.

Jurnalistin Azərbaycan-Ermənistan təmas xəttində baş verən gərginlik fonunda hərbi paradın keçirilməsinin vacibliyi barədə sualına isə qurum rəsmisi onlarda parad keçirmək üçün kifayət qədər vəsaitin olmadığını vurğulayıb: “Hərbi paradların keçirilməsi üçün büdcədən vəsait ayrılmalıdır. Bu il isə bu məqsədlə ölkə büdcəsindən vəsait ayrılmayıb”.

Qeyd edək ki, Ermənistanda müstəqillik günü sentyabrın 21-də qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol