Menu

Erməni podpolkovnik ölüm ayağındadır – Qubernator döydürüb

21.09.2019, 18:02
Erməni podpolkovnik ölüm ayağındadır  – Qubernator döydürüb

Ermənistanın müdafiə naziri David Tonoyan bir neçə gün əvvəl vəhşicəsinə döyülən podpolkovnik rütbəli hərbçinin vəziyyəti barədə məlumat verib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatına açıqlama verən müdafiə naziri hərbçinin vəziyyətinin ağır olduğunu və onun sağalacağına ümid qalmadığını deyib.

Ermənistan mətbuatı yazır ki, sözügedən hərbçinin Exeqnadzor şəhərində döyülməsində şəxsən Vayots Dzor bölgəsinin qubernatorunun köməkçisi A.Qriqoryan iştirak edib. Hətta bildirilir ki, o bu cinayəti qubernator T.Sarkisyanın tapşırığı ilə törədib.

Sözügedən hadisə ölkədə böyük səs-küyə səbəb olub. Qubernator isə mətbuata açıqlamasında guya hərbçinin onun köməkçisini evinədək izlədiyini və evin pilləkənlərindən yıxılaraq zədələndiyini iddia edib.

Müdafiə naziri hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını və günahkarların tapılaraq, cəzalandırılacağını söyləyib.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol