Menu

İran hava məkanına girən bütün PUA-ları vuracaq - SEPAH rəhbəri

21.09.2019, 22:44
İran hava məkanına girən bütün PUA-ları vuracaq - SEPAH rəhbəri

İran ölkənin hava məkanını pozan istənilən pilotsuz uçan aparatı (PUA) vuracaq. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbəri Hüseyn Salami deyib.

“Biz hava məkanımıza daxil olan PUA-ları məhv etməyə davam edəcəyik. İran özünün cavab fəaliyyətlərində qətiyyətlidir, onun istənilən cavabı sərt olacaq”, - deyə o bildirib.

Xatırladaq ki, iyun ayında İran ABŞ-ın “Global Hawk” PUA-sını sərhədi pozduğuna görə Hörmüzgən əyalətində vurduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol